Məhsulun Təsviri:
Kəpənək siyirtmələrdə bağlama elementi, şaquli oxda yerləşdirilmiş bir mil ətrafında fırlanan diskdir. Quraşdırılmış halda öz oxu ətrafında fırlanaraq borunun tam kəsiyini açan və ya bağlayan bir disk təşkil edir. Sızdırmazlıq, metal klapan ilə gövdə içini örtən elastik və ya plastik sızdırmazlıq elementləri arasında təmin edilir. Sızdırmazlıq elementi eyni zamanda siyirtmə ilə boru arasındakı flanşda araqatı rolunu oynayır.

Tətbiq Sahələri:
İsitmə, havalandırma və iqlimləndirmə sistemləri.
Su təmizləmə və paylama sistemləri.
Mədən sənayesi.
Gəmi inşası və qazma qurğuları.
Qida və kimya müəssisələri.
Yanğınsöndürmə sistemləri.
Su, dəniz suyu, toz, qaz, tullantı suyu və hava.

Diametri: 1 ½”(DN40), 2”(DN50), 2 ½”(DN65), 3”(DN80), 4”(DN100), 5”(DN125), 6”(DN150), 8”(DN200), 10”(DN250), 12”(DN300), 14”(DN350), 16”(DN400), 20”(DN500), 24”(DN600)


Təzyiq Sinfi: PN10-PN16-PN25

Wafer Tip Kəpənək Siyirtmələr DIN standartlarına uyğun flanşların arasına quraşdırılmaq üçün və qolla idarə olunmağa uyğun olaraq dizayn edilmişdir. Vana rezini və diski uyğun mühitə görə müxtəlif materiallardan təmin edilə bilər.

Bütün ölçülər üçün reduktor tövsiyə edilir. DN300-dən yuxarı yalnız reduktorlu olaraq istehsal edilir.

Material Quruluşu:
Gövdə: Sfero Döküm GGG 40.3
Disk: Alüminium Bronz