Məhsul Təsviri:
Yerüstü yanğın hidrantı H1450, H1750, H2150 ölçülərində istehsal olunub və EN 14384, EN 1074-1/4 standartlarına uyğun olaraq fövqəladə hallar zamanı kömək məqsədilə istifadə olunur.
Məhsulun təyinatı və texniki xüsusiyyətləri: Yerüstü yanğın hidrantı fövqəladə hallarda iaşə və məişət obyektlərini yanğından qorumaq və yanğınsöndürən maşınların su ilə təchizatı üçün nəzərdə tutulub.
Quruluş və iş prinsipi: Hidrant, 1 klapanlı sistemdən ibarət olub, milin hərəkəti nəticəsində klapan yuxarı və ya aşağı hərəkət edərək su axınını idarə edir. Məhsul, kanalizasiya quyularına quraşdırılmaq və ya istifadə olunmaq üçün uyğun deyil.