Material Təsviri:
Paslanmaz şovlu borular, paslanmayan poladdan hazırlanaraq boyuna tikişlə (şovla) birləşdirilən boru növüdür. Bu borular həm sənaye sistemləri, həm də gigiyenik tələblər olan tətbiqlər üçün uyğundur.
✅ Üstünlükləri:
Korroziyaya qarşı yüksək davamlılıq
Daxili səthin hamar olması səbəbilə axına az müqavimət
Estetik və gigiyenik tələblərə uyğundur
İqtisadi və funksional həll
⚙️ İstehsal Prosesi:
Kəsilmiş paslanmaz polad plaka soyuq formalaşdırma üsulu ilə yuvarlanır və daha sonra tikişli şəkildə qaynaq edilir.
Dekorativ məqsədlər üçün: HF qaynağı, EN 10296-2
Təzyiqli xətlər üçün: TIG və ya Lazer qaynağı, EN 10217-7
📍 Tətbiq Sahələri:
Qida və içki sənayesi
Kimyəvi maddə daşıma sistemləri
Dekorasiya və inşaat sektoru
Tibbi və sanitariya sistemləri
Sıxılmış hava və qaz xətləri